Xəbər mənbələri cümə axşamı günü axşam, bildiriblər ki, minlərlə köçkün sionist rejimi kabinetinin nazirləri və Parlament nümayəndələrinin mənzilləri qarşısında məhkəmə dəyişiklikləri layihəsinə qarşı nümayiş keçiriblər.
Sionist rejiminin TV kanallarından biri bildirib ki, minlərlə insan Benyamin Netanyahunun Nazirlər Kabinetinin icrasına israr etdikləri məhkəmə islahatları adlı layihəyə etiraz olaraq, sionist rejiminin Parlament nümayəndələrinin və Nazirlər Kabinetinin nazirlərinin mənzilləri önündə nümayişlər keçiriblər.
Bu hesabata əsasən, etirazçılar “Muşaf Amikam” bölgəsində sionist rejiminin Müharibə naziri “Yoav Qallant”-ın və “Mudiin” şəhərində sionist rejiminin Ədliyyə naziri “Yario Levin”-in evi qarşısında nümayiş keçiriblər.
Etirazçılar, həmçinin Tel-Əvivdə Knessetin rəhbəri “Umeyr Yuhənna” və sionist rejiminin Parlament nümayəndəsi “Boaz Bismut”-un evi qarşısına yığışıblar.
Bu hesabatda əlavə olaraq deyilir ki, məhkəmə dəyişikliklərinə etiraz olaraq oxşar nümayişlər Netanya, Herzliya və Biteh Tikva şəhərlərində də keçirilib.
Çərşənbə günü axşam da 30 min köçkün Tel-Əvivdə Netanyahunun Nazirlər Kabinetinə qarşı nümayişlər keçirib.
Məhkəmə dəyişiklikləri layihəsinə müxalif olanların fikrincə, Netanyahunun məqsədi məhkəmə sistemini zəiflətmək, korrupsiya və rüşvətlə bağlı üç məhkəmə işinin mühakiməsinin qarşısını almaqdır. Onlar düşünürlər ki, Nazirlər kabinetinin bu addımları sionist rejimini qarşıdurmaya, daxili müharibəyə və tədrici süquta aparacaq.
Məhkəmə dəyişiklikləri layihəsi hakim koalisiyanın Hakimlərin Təyinatı Komitəsinə hökmranlığına və sionist rejiminin ən yüksək rütbəli məhkəmə orqanı sayılan Ali Məhkəmənin səlahiyyətlərinin azalmasına səbəb olacaq.
Netanyahunun müxalifləri məhkəmə dəyişiklikləri layihəsinə etirazdan əlavə, büdcəyə də etiraz edirlər və düşünürlər ki, bu büdcə Netanyahunun partiya üzvlərinə və radikal ortodoks partiyalara kömək olaraq tənzimlənib.