Xəbər verilib ki, işğal olunmuş Qüdsdə Məscidul-Əqsanın şərqindəki Rəhmət qapısı adlı namazxana ətrafında türkiyəli bir qız saxlanılıb.
Sionist köçkünlərinin hücumu ilə eyni vaxtda işğalçı qüvvələr bütün namaz qılanları Rəhmət qapısı namazxanasının ətrafından qovublar və orada olan türkiyəli bir qızı həbs ediblər.
Sionist köçkünləri dünən səhər Məscidul-Əqsaya olan yürüş və hücumlarının davamı olaraq, , işğal olunmuş Qüds şəhərində Rəhmət qapısı namazxanasına hücum ediblər.
Köçkünlərdən bir qrupu Məscidul-Əqsanın şərq tərəfindəki Rəhmət qapısı adlı namazxananı yenidən hədəf seçdikdən sonra növbəti dəfə işğalçı qüvvələrin güclü dəstəyi ilə bu məscidə hücum ediblər.
Bundan əvvəl işğalçı qüvvələr Rəhmət qapısı namazxanasının hörmətini sındıraraq, orada olan alətlər və avadanlıqları dağıdıb, elektrik sistemini kəsib və Ramazan ayının sonlarında etikaf saxlayanların oraya gətirdikləri ləvazimatları qarət ediblər.
Sionist hərbiçiləri azan səsinin qarşısını almaq üçün Əl-Əqsa məscidinin səsgücləndiricilərini kəsiblər.