Sionist rejiminin Livanın şimalındakı Zağarta bölgəsinə qarşı dünənki hücumları qaçqınlardan 23-nün şəhid olması və onların evlərinin dağıdılması ilə nəticələnib.
Livandakı müxbirlərdən biri sionist rejiminin, hazırda sakinlərinin qaçqın düşdüyü mənzilə hücumlarından biri nəticəsində meydana çıxmış geniş həcmli dağıntılarla bağlı şəkillər göndərməklə yanaşı, bu hücumun Livanın şimalında yerləşən Zağarta bölgəsindəki İytu qəsəbəsində baş verdiyini bildirib.
O, bildirib ki, 3 mərtəbədən ibarət olan bu yaşayış binası Livanın cənubundan olan 3 qaçqın ailənin məskunlaşdığı yer olub. Onlar Əytarun şəhərindən Zağartaya sığınmışdılar. Amma sionistlər burada da onlara hücum etməkdən əl çəkməyiblər.
Müxbir əlavə edərək, bildirib: Bütün maşınlar tamamilə yanıb. Xilasetmə qrupları bir neçə təcili yardım maşını ilə bombalanmış yerdədirlər və sağ qalanları, itkin düşənləri tapmaq üçün dağıntıların aradan qaldırılması ilə məşğuldurlar.
O, bundan əlavə bildirib ki, bu hücumda şəhid olanların sayı (xəbər verilən vaxta qədər) 23-ə çatıb. Bu yaşayış binasında 30 nəfərin yaşadığını nəzərə alaraq, itkin düşənlərin tapılması üçün dağıntıların aradan qaldırılması davam edir.
Müxbir dağıntılar arasında məktəb ləvazimatları və uşaq oyuncaqlarının şəkillərini çəkib ki, bu da İsrail qüvvələrinin mülki əhaliyə, xüsusən də uşaqlara qarşı vəhşi hücumlarının göstəricisidir. İsrail rejimi məzlum və günahsız uşaqları şəhid etməklə onların məsum arzularını puç edir.
O, sonda vurğulayıb ki, sionist rejimi silah və sursat anbarlarını hədəfə aldığını iddia edib. Lakin görüntülər bu cinayətkar rejimin iddialarının yalan olduğunu çox yaxşı şəkildə ortaya qoyur.