Verilən məlumata əsasən, sionist rejiminin Livana qarşı hava təcavüzlərinin davamında işğalçı ordu bugün səhər saatlarından etibarən, Cənubi Zahiyə bölgəsinə qırıcı təyyarələrlə hücum edib.
Livan Səhiyyə Nazirliyi də bugün səhər, İsrail rejiminin Livanın müxtəlif bölgələrinə hücumu zamanı 24 saat ərzində azı 55 livanlının şəhid olduğunu və 156 nəfərin isə yaralandığını açıqlayıb.
Sionistlər Livanın cənubundakı Dəbin, Məcdəl Silm, Deyr Qanun və Rəs əl-eyn şəhərlərinə hücum ediblər.
Sionist rejiminin qırıcıları Livanın cənubunda yerləşən Zutər və Farun qəsəbələrini hücuma məruz qoyublar.
Bunun müqabilində Hizbullah işğal olunmuş Fələstinin şimalında yerləşən “Zareit” hərbi kazarmalarına raketlə hücum edib.