Sionist rejiminin Livanın cənubunda yerləşən Binti Cubeyl şəhərindəki xəstəxananın ətrafına olan hücumunda 1 nəfər şəhid olub və 10 mülki şəxs yaralanıb.
Xarici KİV-in dünən, bazar ertəsi günü verdiyi məlumata görə, işğalçı rejim Binti Cubeyl şəhərindəki Səlah Ğəndur xəstəxanasının qarşısındakı mülki şəxsləri hədəfə alıb. Nəticədə isə, 1 nəfər şəhid olub və 10 nəfər də yaralanıb.
Verilən məlumata əsasən, Livan və işğal olunmuş Fələstin sərhədində gərginlik və qarşıdurma bitməyib və hələ də davam edir.
Qeyd etmək lazımdır ki, Livan İslam Müqaviməti Fələstin xalqının himayəsi yolunda cəsarətli müavimət göstərir və sionist rejiminin təcavüzkar hücumlarına cavab olaraq əməliyyatlar keçirir.