Sionist rejiminin Livana qarşı təcavüzkar hücumlarının davam etməsi ilə eyni zamanda Hizbullah hərəkatı, hərəkatın digər 2 döyüşçüsünün Qüdsün müdafiəsi yolunda şəhid olduğunu açıqlayıb.
Livan İslam Müqaviməti Qüdsün müdafiəsi və sionist rejimi ilə mübarizə yolunda hərəkatın digər 2 döyüşçüsünün şəhid olduğu barədə məlumat yayıb.
Hizbullah verdiyi bəyanatda Livanın cənubunda yerləşən Haruf qəsəbəsindən olan 1994-cü il təvəllüdlü və “Əsəd Əli” ləqəbli “Məhəmməd Əli Cihad Bədrüddin”in Qüds yolunda şəhid olduğunu açıqlayıb.
Hərəkatın digər bir bəyanatında da Livanın cənubunda yerləşən ət-Teyri qəsəbəsindən olan 1995-cü il təvəllüdlü və “Cavad” ləqəbli “Hüseyn Yasin Şəito”nun şəhid olduğu bildirilib.