İsrail rejiminin ordusu Livanın hava məkanını pozaraq, Livan torpaqlarında mülki avtomobili hədəfə alıb.
Yerli Livan mənbələri bu gün günortadan sonra (cümə) hücumun ölkənin cənubundakı “Tibneen” bölgəsində baş verdiyini və sözügedən avtomobilin Tibnin dövlət xəstəxanasının girişində hücuma məruz qaldığını bildirib.
Məlumata görə, sözügedən avtomobil ən azı bir raketlə hədəfə alınıb və xilasetmə qüvvələri sürətlə hadisə yerinə göndərilib.
Sosial şəbəkələrdə yayılan videolarda hədəfə alınan avtomobildə yanğın baş verir.
Yerli Livan mənbələri hücum nəticəsində ən azı bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını bildirib.


























