Livan Səhiyyə Nazirliyi (çərşənbə günü) ən yeni statistikasında sionist rejimin təcavüzləri nəticəsində ölkədə şəhid olanların sayının 3823 nəfər olduğunu açıqlayıb.
Nazirlikdən verilən məlumata əsasən, bu müddət ərzində sionist rejimin hücumları nəticəsində 15859 nəfər yaralanıb.
Sionistlərin çərşənbə axşamı günü Livanın müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi hücumlarda 55 nəfər şəhid olub və 160 nəfər isə yaralanıb.
Livan Hizbullahı da ölkənin mülki əhalisinin hədəfə alınması müqabilində sakit dayanmayıb və ilk dəqiqələrdən etibarən sionistlərin təcavüzlərinə cavab olaraq çoxsaylı hücumlara başlayıb. Hizbullah yüzlərlə raket atmaqla sionist ordusunun mövqelərini bombalayıb, işğalçı hərbiçiləri və onlara aid zirehli texnikaları hədəfə alıb.