Livan Səhiyyə Nazirliyi sionist rejimin hücumları nəticəsində ölkədə şəhid olanların sayının 2968 nəfərə yüksəldiyini açıqlayıb.
Livan Səhiyyə Nazirliyi şənbə günü yeni hesabatında bildirib: Ötən gün sionist rejimin Livanın müxtəlif yerlərinə hücumlarında 71 nəfər şəhid olub və 169 nəfər isə yaralanıb.
Bu hesabata əsasən, yeni itkiləri qeydə almaqla, sionist rejimin ötən ilin Oktyabr ayının 8-də Livana qarşı təcavüzkar hücumları başlayan vaxtdan indiyə qədər 2968 nəfər şəhid olub və 13319 nəfər isə yaralanıb.
Sionist rejimin Livanın müxtəlif yerlərinə hücumları dünən də davam edib. Bu rejimin qırıcıları “Həzərta” şəhərciyindəki bir evi bombalayıblar.
Livanın Cənubi Zahiyə bölgəsində də “Ğaliri Səman” bölgəsində bir binanın bombalanması nəticəsində 12 nəfər yaralanıb.
Sionist rejimin ordusu Sentyabrın 23-də Livanın cənubundakı müxtəlif bölgərə qarşı hücumlara başlayıb. Livan Hizbullahı da ölkənin mülki əhalisinin hədəfə alınması müqabilində sakit dayanmayıb və ilk dəqiqələrdən etibarən sionistlərin təcavüzlərinə cavab olaraq çoxsaylı hücumlara başlayıb.