Livan Səhiyyə Nazirliyi bəyanat yayaraq sionist rejimin hücumları başlayan vaxtdan indiyə qədər ölkədə şəhid olanların sayının 2710 nəfərə çatdığını açıqlayıb.
Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir ki, sionist rejimin 2023-cü ilin Oktyabr ayından indiyə qədər həyata keçirdiyi hücumlar nəticəsində 12592 nəfər yaralanıb.
Sionist rejimi cari ilin Sentyabr ayından etibarən Beyrut da daxil olmaqla, Livanın müxtəlif bölgələrinə qarşı təcavüzlərini gücləndirib və Livanın cənubuna hücum edib.
Livan Hizbullahı da hər gün sionist rejimin hücumlarına cavab olaraq bu rejimin hərbi mövqelərinə və şəhərciklərinə raket, dron hücumları həyata keçirir.