Livanın cənubundakı Kəfərkala şəhərində işğalçı ordunun açdığı atəş nəticəsində Livan ordusunun bir əsgəri və bir qadın öldürülüb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejimi bu ölkənin cənubundakı Kəfərkala qəsəbəsində birbaşa açdığı atəş nəticəsində Livan ordusunun bir əsgərini və bir qadını şəhid edib.
Bu hadisə işğalçı rejimin son bir neçə gündə Livanın cənubunun müxtəlif bölgələrinə bir neçə dron və hava hücumları həyata keçirdiyi bir vaxtda baş verib.
Sionist rejimin pilotsuz uçan aparatı Əl-Cəmicəmə və Əs-Savanəh şəhərləri yaxınlığında bir avtomobili hədəfə alıb və nəticədə bir nəfər həyatını itirib.
İsrail qırıcıları da Zəbqin, Beyn Əyta əl-Cəbəl, Beyt Yahun, Vadi Bərğəz və Əhmədiyyə kimi ərazilərə hücum ediblər.
Livanın Səhiyyə Nazirliyi bu rejimin Xərbat Silm yaşayış məntəqəsinə olan dron hücumu nəticəsində bir nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını təsdiqləyib.