Livan Hizbullahı bəyanat yayaraq sionist rejiminin Beyrutun cənubi Zahiyə bölgəsinə terror hücumu zamanı “Fuad Şükür”ün şəhid olduğunu təsdiqləyib.
Livan Hizbullahı rəsmi bəyanat yaymaqla “Seyid Möhsin” ləqəbli mücahid Fuad Şükürün şəhadətini təsdiqləyib.
Hizbullah bu bəyanatda Fuad Şükürün sionist rehiminə qarşı cihadda və Fələstin amallarının müdafiəsində müstəsna roluna toxunub və sionsit rejiminin bu addımının böyük cinayət olduğunu bildirib.
Bu bəyanatın davamında Livan İslam müqavimətinin böyük komandirinin dəfn mərasiminin cümə axşamı günü keçiriləcəyi barədə məlumat verilib. Bundan əlavə, bildirilib ki, Livan Hizbullahının baş katibi “Seyid Həsən Nəsrullah” Fuad Şükürün Zahiyədə keçiriləcək dəfn mərsimində çıxış edəcək.
Sionist rejimi çərşənbə axşamı gecə Beyrutun Zahiyə bölgəsində yaşayış binasına hava hücumunda üç raket atmaqla şəhid Fuad Şükürü öz terror əməliyyatına hədəf seçib.