Kolumbiyanın Xarici İşlər naziri Alvaro Leyva İsrail rejiminin səfiri Qali Daqandan Kolumbiya prezidenti Qustavo Petronun açıqlamalarına etiraz etdiyinə görə, bu ölkəni tərk etməsini istəyib. Kolumbiya prezidenti çıxışında israillilərin Qəzzədəki rəftarını nasistlərin yəhudilərə qarşı olan rəftarı ilə müqayisə etmişdi.
Kolumbiya prezidenti Qustavo Petro da ötən həftə Qəzzə zolağının israillilər tərəfindən mühasirə olunmasını nasistlərin hərəkətləri ilə müqayisə edib və nasizmin qayıtmasının qarşısının alınmasını vurğulayıb.
Kolumbiya prezidenti X (keçmiş Twitter) sosial şəbəkə səhifəsində yazıb: Bu, nasistlərin yəhudilər barəsindəki dedikləri şeydir.
İsrail rejimi Kolumbiya prezidenti “Qustavo Petro”-nun bəyanatına reaksiya verərək bu ölkəyə silah ixracatını qadağan etdiyini bildirib.
Kolumbiya prezidenti Qustavo Petro həftənin bazar ertəsi günü İsraillə əlaqələrin kəsilməsini bildirərək deyib: Biz Qəzzədə qətl və soyqırımı müdafiə etmirik.
Kolumbiya prezidenti Qustavo Petro bundan öncə demişdi: Əgər İsraillə əlaqələri kəsməyə məcbur olsaq, bu işi görəcəyik.
İsrail rejiminin Kolumbiyadakı səfiri Qali Daqan Petronun bəyanatından sonra X (keçmiş Twitter) sosial şəbəkəsində onunla dava edib.
Bundan sonra Kolumbiya xəbər agentliyi ölkənin Xarici İşlər nazirinin İsrail rejiminin səfirindən bu ölkəni tərk etməsini istədiyini bildirib.
Alvaro Leyva İsrail rejiminin səfirinin cavabını “ədəbsizlik” adlandıraraq deyib ki, o, “ən azından üzr istəməli və buranı tərk etməlidir.”