Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanında müşahidə kameraları tərəfindən lentə alınan ürəkağrıdan və dəhşətli kadrlarda israillli-belaruslu sərnişinin öldürmək niyyəti ilə azyaşlı uşağı götürüb yerə çırpıb.
Xarici KİV-in verdiyi məlumata görə, Moskva Beynəlxalq Hava Limanında 18 aylıq uşağı vəhşicəsinə yerə vuran vəhşinin İsrail yəhudisi olduğu bildirilən və hücumdan dərhal sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Belarusdan olan 31 yaşlı Vladimir Vitkov olduğu müəyyənləşib.
Vəhşi zorakılığın qurbanı olan uşaq ağır kəllə sınığı və ağır onurğa xəsarətləri alıb və koma vəziyyətində həyat mübarizəsi aparır.
Moskva vilayətinin uşaq komissarı Kseniya Mişunova hücumu pisləyib, Vitkovu “div” adlandırıb və onun tam cəzasını alacağına ümid etdiyini bildirib.
Xarici qəzetlərdən birinin yazdığına görə, hazırda Vitkov “qəsdən adam öldürməyə cəhd” ittihamı ilə mühakimə olunur və Rusiya hakimiyyəti hücumun irqi motivli olub-olmadığını və ya başqa amillərin olub-olmadığını araşdırır.