İsrailli köçkünlər növbəti dəfə Fələstin kəndlərinə hücum edərək və insanları öldürərək yerli sakinləri köçməyə məcbur etməyə cəhd ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü bildirib ki, İordan çayının qərb sahilində yerləşən Kəfr Malik şəhərinə sionist köçkünləri tərəfindən basqın nəticəsində 3 fələstinli həyatını itirib, 7 nəfər isə yaralanıb. Nazirlik yaralılardan birinin vəziyyətinin “ağır” olduğunu qeyd edib.
Onlarla israilli köçkün Kəfr Malik şəhərinə basqın edərək, fələstinlilərin maşınlarını yandırıblar.
“Ayırıcı divar və qəsəbsalmaya müqavimət” adlı qrupun məlumatlarına görə, israilli köçkünlər təkcə May ayında İordan çayının qərb sahilində Fələstin kəndlərinə silahlı hücumlar, tarla qırğınları, torpaqların dağıdılması, ağacların kökündən çıxarılması, mülklərinin ələ keçirilməsi, yolların bağlanması və nəzarət-buraxılış məntəqələrinin yaradılması daxil olmaqla, 415 hücum həyata keçiriblər.
Qəzzədə baş verən soyqırımla eyni vaxtda İsrail ordusu və sionist köçkünlər Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində hücumlarını gücləndiriblər.
Fələstin mənbələrinin məlumatına görə, bu hücumlar indiyədək ən azı 986 fələstinlinin şəhid olması və 7000-ə yaxın insanın yaralanması ilə nəticələnib.