Fələstinli mənbələr bildiriblər ki, İsrail ordusu Rəfəh məntəqəsinin qərbində (Qəzzənin cənubunda) bir qrup fələstinli qaçqının olduğu çadıra növbəti dəfə hücum edib. Bu hücumda azı 20 fələstinli şəhid olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, şahidlər bugün günorta saatlarından sonra bildiriblər ki, İsrail ordusu növbəti dəfə əvvəlcədən təhlükəsiz olduğunu iddia etdiyi “əl-Məvasi” məntəqəsindəki fələstinli qaçqınların olduğu çadırı hədəfə alıb.
Həmçinin şahidlərin sözlərinə görə, bu hücumun ardınca azı 20 fələstinli şəhid olub və onlarla digər insan isə yaralanıb.
Fələstinli mənbələr bu hücumda şəhid olanların əksəriyyətinin qadın və uşaqlar olduğunu bildiriblər. Buna baxmayaraq, Qəzzə rəsmiləri bu məlumat dərc olunana qədər bu barədə bəyanat yaymayıblar.
İsrail ordusu iki gün əvvəl də bir qrup fələstinli qaçqının çadırını bombalayıb. Geniş qlobal reaksiya ilə müşayiət olunan bu hücumda azı 45 fələstinli şəhid olub və onlarla insan da yaralanıb.
Rəfəh Qəzzə zolağının cənubunda yerləşən və sıx cəmiyyətə malik olan bir məntəqədir. Bundan öncə bir çox ölkələr və beynəlxalq qrumlar bu məntəqəyə olunan hücumun nəticələri barəsində İsrailə xəbərdarlıq etmişdilər.