Qəzzə Dövlət İnformasiya Ofisinin baş katibi 470 günlük müharibə müddətində sionist rejimin Qəzzə zolağına qarşı təcavüzkar hücumlarından yaranan itki və ziyanlar barədə statistika açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Dövlət İnformasiya Ofisinin baş katibi İsmayıl əs-Səvabitə Qəzzə zolağına qarşı 470 gün davam edən kütləvi qırğın müharibəsi zamanı 137 məktəb və universitetin tamamilə dağıdıldığını bildirib.
Xəbər agentliklərindən birinə istinadən verilən məlumata əsasən, o, bildirib: Müharibə zamanı 12800 oğlan və qız şagird işğalçı İsrail rejimi tərəfindən şəhid edilib.
Səvabitə 785 min tələbənin təhsildən məhrum olduğunu qeyd edib. O, həmçinin bildirib ki, təhsil sektorunda fəaliyyət göstərən 760 müəllim və təlim işçisi müharibə müddətində işğalçı rejim tərəfindən şəhid edilib.
Qəzzə Dövlət İnformasiya Ofisinin baş katibi bildirib: Sionist rejimi 150 alim, akademik, professor və tədqiqatçının həyatına son qoyub.