Sionist rejimi şənbə günü səhər Qəzzə şəhərində törətdiyi ən son cinayətində Qəzzənin şərqini bombalayaraq 19 nəfər fələstinlinin şəhid olmasına səbəb olub.
Qəzzə müharibəsinin 253-cü günü səhər sionist rejimi Qəzzə zolağının müxtəlif bölgələrini bombalamaqla öz cinayətlərinə davam edib.
Fələstin mediaları sionist rejiminin şənbə günü səhər Qəzzənin əş-Şücaiyyə və ət-Tuffah məhəllələrində cinayət törədərək 3 yaşayış mənzilini bombaladığını və bəzisi qadın və uşaq olmaqla 19 fələstinlini şəhid edib, bir neçə nəfəri də yaraladığı haqda məlumat veriblər.
İşğalçılar ən-Nəsirat düşərgəsinin şimalında yerləşən əl-Məğrafə məntəqəsindəki yaşayış binalarını bombalayıblar və cənubda da İsrail artilleriyaları Rəfəh şəhərinin qərb bölgələrini hədəf seçiblər.