İsrail rejiminə aid bir dron bugün (bazar ertəsi) günorta atəşkəs razılaşmasını yenidən pozmaqla Livanda bir avtomobili hədəf alıb.
Livan mənbələri bu hücumun Livanın cənubundakı “Səyda” dəniz yolunda baş verdiyi bildiriblər. Verilən məlumata görə, hücum zamanı azı bir nəfər həyatını itirib.
Livan ordusu hadisə yerini mühasirəyə alıb və heç kəsin oraya yaxınlaşmasına icazə vermir.
İsrail rejiminin ordusunun atəşkəs razılaşmasına əsasən, sabah (çərşənbə axşamı günü) Livan torpaqlarından geri çəkilməli olduğu halda bu hücum baş verib.