Sionist rejimi ordusu Livanın cənubunda mülki bir avtomobilə hücum edib.
Xarici KİV-in verdiyi məlumata görə, dünən günorta saatlarından sonra sionist rejimi Livanın cənubunda yerləşən “Beyt Lif” küçəsində avtomobili hədəfə alıb.
Hadisədən bir az sonra bu hücumda bir nəfərin şəhid olması barədə məlumat verilib.
İsrail ordusu bir neçə həftə əvvəl Livanla atəşkəs razılaşması imzaladığı halda bu hücumu həyata keçirib.
İlk dəfə deyil ki, sionist rejimi ordusu Livanla olan atəşkəs razılaşmasını pozur. İsrail ordusu ötən həftələr ərzində dəfələrlə atəşkəsi pozub.