Sionist rejiminin Beyrutun cənubunda yerləşən Zahiyəyə olan hava hücumunda şəhid olanların sayının artdığı və bir neçə nəfərin itkin düşdüyü barədə məlumat verilib.
Livan tv kanallarından biri bugün günorta saatlarından sonra bildirib ki, İsrail rejiminin Beyrutun Cənubi Zahiyə məntəqəsinə olan hava hücumunda şəhid olanların sayı iki uşağın cənazəsi dağıntılar altından çıxarıldıqdan sonra 50 nəfərə çatıb.
Bu məlumatın davamında digər 11 nəfərin itkin düşdüyünə və xilasetmə qüvvələrinin hələ onların cənazələrini tapa bilmədiyinə işarə olunub.
Livan Səhiyyə Nazirliyi bəzi şəhidlərin cəsədlərinin tikə-tikə olduğunu və onların kimliyinin müəyyən edilməsi prosesinin başladığını açıqlayıb.
Sionist rejimi həftənin cümə günü günorta saatlarından sonra F-35 və F-16 qırıcılarından istifadə etməklə həyata keçirdiyi hava hücumu zamanı Beyrutun Cənubi Zahiyə məntəqəsində yerləşən insanların sıx yaşadığı məntəqədəki bir binanı hədəfə alıb.
Bu hücumda bir neçə uşaq və qadın, həmçinin bir sıra Hizbullah komandirləri və qüvvələri şəhid olub.