Sionist rejiminin işğal olunmuş İordan çayının qərb sahillərindəki hücumu azı 5 nəfərin şəhid olması və digər bir neçə nəfərin yaralanması ilə nəticələnib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti İsrailin işğal olunmuş İordan çayının qərb sahillərinə hava hücumunun 5 nəfər fələstinlinin şəhid olması ilə nəticələndiyini bildirib. Fələstinə aid xəbər agentliyi də ötən şənbə günü, bu dron hücumunun Fəth hərəkatının Nablusun şərqindəki Bəlata qaçqın düşərgəsindəki qərargahını hədəfə aldığı haqda məlumat verib. Bu hücumda azı digər 2 nəfər yaralanıb.
Sionist rejiminin Qəzzə zolağına qarşı müharibəsinin başladığı vaxtdan etibarən sionist rejimi hərbiçiləri İordan çayının qərb sahillərində yaşayan fələstinlilərə qarşı hücumları şiddətləndiriblər.
Fələstin Əsirlər Cəmiyyəti ötən cümə axşamı bildirib ki, Oktyabrın 7-si və Qəzzə müharibəsi başlayandan indiyədək İsrail ordusu və təhlükəsizlik orqanları tərəfindən İordan çayının qərb sahillərində 2735 nəfər həbs edilib.
Müharibə başlayandan indiyədək İordan çayının qərb sahillərində 200-dən çox fələstinli İsrail hərbiçiləri tərəfindən şəhid edilib.