Sionist rejimi dünən səhər Suriyanın Hələb Beynəlxalq Hava Limanına hava hücumu həyata keçirib. Nəticədə, hava limanına maddi ziyan dəyib və hava limanı xidməti dayandırıb.
Xarici KİV-n verdiyi məlumata görə, işğalçı rejim dünən səhər saatlarında Hələb Beynəlxalq Hava Limanına tərəf 4 raket zərbəsi endirib.
Suriya Mülki Aviasiya Təşkilatının baş direktoru “Basim Mənsur”, bildirib ki, dünənki hücumun ardınca Hələb hava limanı ximətini dayandırıb.
Hələb Beynəlxalq Hava Limanı, ölkədə Fevralın 6-sı baş verən zəlzələdən sonra Suriyaya hümanitar yardımları çatdıran təyyarələrin əsas eniş zolağıdır.
İşğalçı İsrail rejimi son illərdə Suriyanın müxtəlif bölgələrinə tez-tez hava hücumları həyata keçirib ki, bir sıra mülki şəxslərin və hərbiçilərin ölümünə səbəb olub. Son vaxtlar sionist rejiminin hava hücumu, Dəməşq Beynəlxalq Hava Limanını sıradan çıxarıb.