Sionist rejimin Livan və Suriya arasındakı sərhəd bölgəsinə dron hücumu zamanı 4 livanlı şəhid olub və yaralanıb.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi ordusuna aid dron Livan və Suriya sərhədində yerləşən Bəqa vilayətindəki Cənta məntəqəsini hədəfə alıb.
İlkin statistikaya əsasən, bu dron hücumu zamanı 2 nəfər şəhid olub və 2 nəfər isə yaralanıb.
Xəbər mənbələrindən verilən məlumatda sionist rejimin dronlarının Livanın şərqindəki dağ silsilələrinin aşağı hündürlüklərində geniş şəkildə uçduğu bildirilib.
Sionist rejimi Livanla atəşkəs razılaşması imzalamasına baxmayaraq, bu müqaviləni indiyə qədər yüzlərlə dəfə pozub.