Sionist rejiminin ordusu cümə axşamı gecəsi törətdiyi yeni cinayətdə Qəzzə şəhərinin şərqindəki bir məktəbi bombalamaqla azı 15 Fələstin vətəndaşını şəhid edib və bir neçə nəfəri isə yaralayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə şəhərinin Şəhər Müdafiə Təşkilatının sözçüsü “Mahmud Bəsəl” deyib: Sionist rejiminin ordusu Şücaiyyə məhəlləsində çoxlu sayda fələstinli qaçqının sığındığı Dəllal əl-Məğribi məktəbini hədəfə alıb.
O, əlavə olaraq deyib: 3 raketlə reallaşan bu hava hücumunda azı 15 Fələstin vətəndaşı şəhid olub və bir neçə nəfər isə yaralanıb. Məktəb tamamilə oradakı sakinlərin başına tökülüb.
Bəsəlin sözlərinə əsasən, şəhidlərin 10-u Qəzzə şəhərindəki əl-Məmədani xəstəxanasına aparılıb və bəzilərinin cənazəsi isə hələ də dağıntılar altındadır.