Sionist rejimi cinayətlərinə davam edərək, bu həftənin bazar ertəsi (24 Mart) Xan Yunis şəhərini 15 dəfədən çox bombalayıb və bir neçə Fələstin vətəndaşını şəhid edib.
Xarici KİV-in bazar ertəsi günü verdiyi məlumata görə, sionist işğalçı rejimi bazar ertəsi günü Qəzzə zolağının Xan Yunis bölgəsini 15 dəfədən çox bombalayıb və bölgənin cənub hissələrini geniş miqyasda hədəf alıb.
Qəzzə zolağının mərkəzində yerləşən Nəsirat düşərgəsində bir evin bombalanması nəticəsində bir neçə şəhid və yaralı olduğu bildirilib.
Həmçinin sionist rejimi Xan Yunisin müxtəlif bölgələrində 5 mülki avtomobili hədəf alıb və bunun nəticəsində 6 nəfər yaralanıb.
Xəbər agentliklərindən birinin müxbiri də bildirib ki, sionist rejimin bazar ertəsi səhər saatlarından etibarən Qəzzə zolağına qarşı həyata keçirdiyi hücumlar nəticəsində 16 fələstinli şəhid olub.
Bu xəbər sionist rejimin bazar ertəsi gecə Qəzzə şəhərindəki Nasir xəstəxanasına etdiyi hücum nəticəsində HƏMAS-ın Siyasi Büro üzvü İsmail Bərhumun şəhid olduğu bildirildikdən sonra yayılıb.
Sionist rejimi Bərhumu Nasir xəstəxanasının cərrahiyyə otağını hədəf alaraq şəhid edib.
İsmail Bərhum bir həftə əvvəl amansız bir hücum nəticəsində ağır yaralanmış və Qəzzə şəhərindəki Nasir xəstəxanasında müalicə olunurdu.
Qəzzə Səhiyyə Nazirliyi bazar ertəsi günü etdiyi açıqlamada bildirib ki, 7 Oktyabr 2023-cü ildən indiyə qədər 50021 fələstinli şəhid olub, 113274 nəfər isə yaralanıb.