Fələstinli qaçqın olan kiçik qız uşağı göy gurultusunu eşitməklə məskunlaşdığı düşərgənin bombalandığını güman edərək dəhşətə gəlib.
O, Rəfəh qaçqınlar düşərgəsində göy gurultusunu eşitdikdən sonra möhkəm şəkildə ağlamağa başlayıb və ətrafdakıların onu sakitləşdirmək cəhdləri nəticəsiz qalıb.
Qeyd etmək lazımdır ki, sionist rejiminin Qəzzə zolağına qarşı təcavüzləri nəticəsində şəhid olmuş fələstinli uşaqların sayı 11 500-ü keçib ki, bu da, ümumi şəhidlərin sayının böyük faizini təşkil edir. Bu, sionist rejiminin günahsız Qəzzə xalqına qarşı mənfur cinayətlərinin bariz nümunəsidir.