Sionist rejimi daha bir cinayətdə Qəzzə zolağının cənubunda 9 fələstinlini şəhid edib.
Sionist rejim dünən daha bir cinayətdə Qəzzə zolağının cənubunda 9 fələstinlini şəhid edib.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejimi Rəfəh şəhərinin şimal-şərqindəki ən-Nəsr məhəlləsində Fələstin vətəndaşlarının evlərini ağır artilleriyadan atəşə tutub.

Bu cinayətdə beşi uşaq olmaqla, doqquz vətəndaş şəhid olub, onlarla insan isə yaralanıb.
Çərşənbə günü İsrail rejimi Qəzzə zolağının şimalında, fələstinli qaçqınların yerləşdirildiyi Cəbəliya düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı klinikanı hədəfə alıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi fələstinli qaçqınlar üçün sığınacaq olan mərkəzin hücum nəticəsində dağıdıldığını, 9-u uşaq olmaqla, 19 nəfərin şəhid olduğunu açıqlayıb.