Tibbi mənbələr İsrailin bu gün səhər (çərşənbə) Qəzzə zolağına endirdiyi hava hücumlarında 11 fələstinlinin şəhid olduğunu açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstinin tibb mənbələri İsrailin Qəzzə zolağının müxtəlif bölgələrinə hücumlarının bu gün səhər saatlarında başladığını, ölən və yaralananların sayı barədə hələlik dəqiq məlumat verilmədiyini açıqlayıb.
Xəbər saytlarından birinin məlumatına görə, Qəzzə zolağındakı Fələstinin Səhiyyə Nazirliyi verdiyi açıqlamada son 24 saat ərzində Qəzzə zolağında 42 şəhid və 183 yaralının xəstəxanalara daxil olduğu barədə məlumat verib.
Bu məlumatlara əsasən, 2025-ci il Martın 18-dən İsrailin Qəzzəyə təcavüzünün yeni dalğasının başlaması ilə Qəzzə zolağında 1024 nəfər şəhid olub, 2542 nəfər isə yaralanıb.
Bu şəhidlər də daxil olmaqla, 2023-cü il Oktyabrın 7-dən Qəzzə zolağında əl-Əqsa Fırtınası əməliyyatının başladığı gündən bu yana şəhidlərin sayı 50 min 399-a, yaralıların sayı isə 114 min 583-ə çatıb.
İsrail ordusu atəşkəs müddəalarını pozaraq, 18 Mart 1403-cü il çərşənbə axşamı səhər saatlarından Qəzzə zolağına qarşı hərbi təcavüzünü bərpa edib.