Sionist rejimin ordusu Qəzzə zolağının cənubunda, Xan Yunusun qərb hissəsinə hava hücumu edərək bu ərazidəki bir neçə köçkün çadırını hədəf alıb.
Fələstinli yerli mənbələr dünən axşam (çərşənbə günü) xəbər veriblər ki, İsrail rejiminə aid dronlar dörd hava hücumu həyata keçirərək Qəzzə zolağının cənubundakı Xan Yunus şəhərinin qərb hissəsini hədəfə alıblar.
Məlumata görə, bu hücum zamanı Muvasi bölgəsindəki köçkün çadırlarına zərbə dəyib və geniş yanğın baş verib.
Ən son məlumatlara görə, bu hücumlarda ən azı 6 fələstinli, o cümlədən iki uşaq, həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Çadırlardakı yanğın raket zərbələrindən sonra alovlanıb və xilasedici qüvvələr yanğını söndürməyə və yaralılara yardım göstərməyə çalışıblar.


Bu hücum, Qəzzə zolağında 10 Oktyabr tarixindən etibarən atəşkəs elan olunmasına baxmayaraq baş verib; Sionist rejimi isə bu müddət ərzində dəfələrlə razılaşmanı pozaraq müəyyən olunmuş ərazilərdən kənarı hədəf alıb.
Rəsmi məlumatlara və insan haqları təşkilatlarının hesabatlarına görə, İsrail rejiminin Qəzzədə apardığı son müharibə 8 Oktyabr 2023-dən bəri 70 mindən çox fələstinlinin həyatını itirməsi və təxminən 171 min nəfərin yaralanması ilə nəticələnib.

























