İsrail rejimi, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini və atəşkəs razılaşmasını açıq şəkildə pozmağa davam edərək, yenidən Livana hücum edib ki, nəticədə azı bir mülki şəxs şəhid olub.
Real-israil saytının məlumatına görə, İsrail rejimi Livanın cənubunda yerləşən Bint Cbeil qəsəbəsinə hücum edib və bu PUA hücumunda bir motosiklet hədəfə alınıb.
Livan Səhiyyə Nazirliyi bildirib ki, İsrail rejiminin 28 iyul bazar ertəsi Livanın cənubundakı Bint Cbeil qəsəbəsinə həyata keçirdiyi PUA hücumu nəticəsində bir mülki şəxs şəhid olub, daha dörd nəfər isə yaralanıb.
İsrail ordusu ABŞ-ın hərtərəfli dəstəyi və yaşıl işığı, həmçinin Livan hökuməti və prezidentinin ifrat zəifliyi və fəaliyyətsizliyinə arxalanaraq, atəşkəs razılaşmasını və 1701 saylı qətnaməni pozmaqda davam edir.