İşğalçı sionist polisi İordan çayının qərb sahilində iki bacının kor olmasına baxmayaraq, itlərlə onların evinə basqın edib.
46 yaşlı Dəa və 38 yaşlı Məha İordan çayının qərb sahilinin Tubas şəhəri sakinidirlər. İki kor bacı işğalçı İsrail polis itlərinin hücumuna məruz qalıb.
Tubas Sağlamlıq İdarəsində çalışan Dəa səhər saat 4:30 radələrində İsrail polis itlərinin onun evinə girərək kor qadına hücum etdiyini bildirib.
O, itlərin Fələstin ailəsinin digər üzvlərinə, o cümlədən, bacısına hücum etdiyini vurğulayıb. Hadisə sionist polisin axtarış bəhanəsi ilə itləri evin içərisinə aparması nəticəsində baş verib.