İsrail rejiminin ordusu Livanın şərqindəki bir evə dron hücumu ilə 6 qadın və uşağı şəhid edib.
Livanın rəsmi xəbər agentliyi bugün səhər açıqlama verərək bildirib ki, sionist rejimi bugün səhər təxminən 5:50 radələrində Bəəlbək şəhərində yerləşən “ən-Nəbiyy ənam” məhəlləsində yaşayan bir alənin ailə üzvlərini şəhid edib.
Bu məlumata əsasən, İsrail rejiminə aid bir dron “Əli Əbdu Osman” adlı şəxsin qeyd olunan məhəllədəki evini hədəfə alıb. Bu hücum evin dağılması və qonşuluqdakı evlərin ziyana uğraması ilə nəticələnib.
Livan xəbər agentliyi bu hücumda bir ailədən olan 6 qadın və uşağın şəhid olduğunu və digər 8 nəfərin isə yaralanaraq xilasetmə qüvvələri tərəfindən xəstəxanaya aparıldıqlarını bildirib.
Sionist ordusu ötən gecə Livanın müxtəlif yerlərinə, o cümlədən Beyrut Beynəlxalq Hava Limanının ətrafına şiddətli hücumlara başlayıb.
İsrail ordusu, həmçinin dünən axşam Beyrutun Cənubi Zahiyə bölgəsindəki Livan Qərz əl-Həsənə bankının iki şöbəsini bombalayıb.