Media mənbələri sionist rejimin Livanın cənubuna iki yeni pilotsuz uçuş aparatları (PUA) hücumu həyata keçirdiyini və nəticədə üç nəfərin şəhid olduğunu və yaralandığını xəbər veriblər.
Livan mediasının məlumatına görə, İsrail rejiminə məxsus pilotsuz təyyarə Livanın cənubundakı ən-Naqura qəsəbəsində yük maşını hədəf alıb. Bu hücumun qurbanlarının sayı barədə hələlik məlumat yoxdur.
Livan qəzeti də İsrailin pilotsuz təyyarəsinin Livanın cənubundakı köhnə ordu kazarmalarının yaxınlığındakı əl-Kəfur qəsəbəsində “Rapid” avtomobilinə hücum etdiyini bildirib və bir nəfərin şəhid olduğunu, iki nəfərin isə yaralandığını təsdiqləyib.