Sionist ordusu Qəzzə zolağının şimalında su sırasında gözləyən bir qrup fələstinli mülki şəxsə hücum edib.
Qəzzə zolağındakı yerli mənbələr dünən günorta saatlarından sonra bildiriblər ki, bu hücumda bir neçə uşaq da daxil olmaqla azı 6 nəfər şəhid olub.
Verilən məlumatlara əsasən, fələstinli bu 6 nəfər mülki şəxs Qəzzə zolağının şimalında yerləşən “Cəbaliya əl-Bələd” məntəqəsindəki “əl-Hubla” meydanı yaxınlığında su sırasında olduqları zaman hücuma məruz qalıblar.
Qəzzə zolağındakı jurnalistlər bildiriblər ki, “Məhəmməd Əbdül-Bari ət-Təyyib” və “Əbu Bəssam əl-Həvrani” adlı iki şəhidin kimliyi müəyyən edilib.
Xilasetmə qüvvələri fasiləsiz olaraq hadisə yerinə gəlməklə hücumda şəhid olanları “əl-Məmədani” xəstəxanasına aparıblar.
