İsrail rejiminin ordusu çərşənbə günü axşam saatlarında Qəzzə şəhərinin qərbində bir fələstinli ailəni raket hücumu ilə hədəfə alıb.
Xarici KİV-in verdiyi məlumata görə, yerli sakinlər bildiriblər ki, hücum Qəzzənin qərbindəki “əş-Şifa” tibb kompleksi yaxınlığında baş verib və ailə şəhəri tərk etmək istəyərkən raket hücumuna məruz qalıb. Şahidlərin sözlərinə görə, hücum 13-dən çox fələstinlinin, o cümlədən bir neçə uşaq və qadının şəhid olması ilə nəticələnib və qurbanlar tez bir zamanda tibb mərkəzlərinə köçürülüb.
Avqustun 8-də İsrail rejiminin Nazirlər Kabineti Qəzzə şəhərinin mərhələli işğalı planını təsdiqləyib.
İsrail rejiminin ordusu bu planı həyata keçirmək üçün Sentyabrın 3-də Qəzzə şəhərini tamamilə işğal etmək üçün “Gideonun arabaları 3” adlı əməliyyat başlayıb və nəticədə yüzlərlə fələstinli mülki şəxs şəhid olub.


























