Çərşənbə axşamı günü günortadan sonra sionist rejimi Livanın cənubundakı “əl-Udeysə” şəhərində bir nəqliyyat vasitəsini hədəfə alıb.
İsrail rejimi Livanın cənubundakı Mərkəba-əl-Udeysə yolunda bir nəqliyyat vasitəsini dronla hədəfə alıb. Maşında olan sərnişin və ya sərnişinlərin şəxsiyyəti və onların taleyi barədə məlumat verilməyib.
Sionist rejimin Livan suverenliyini dəfələrlə pozması həmişə beynəlxalq ictimaiyyətin narahatedici sükutu ilə müşayiət olunub və mülki əhalinin, şəhər infrastrukturunun birbaşa hədəfə alınması ilə bağlı narahatlıqları artırıb.
Qeyd etmək lazımdır ki, sionist rejimi Livana qarşı təcavüzünə 1 Oktyabr 2024-cü ildə başlayıb və 2 aydan sonra ABŞ-ın vasitəçiliyi ilə atəşkəs imzalayıb, lakin min dəfələrlə atəşkəsi pozub.
Atəşkəs müqaviləsinə əsasən, sionist rejiminin qoşunları 60 gün ərzində Cənubi Livandan çıxmalı idi, lakin rejim beynəlxalq hüquqa zidd olaraq, Livan ərazisinə gündəlik hücumlarla yanaşı, qoşunlarını bu bölgədəki beş strateji mövqedə saxlayıb və oradan çıxmayıb.
























