Sionist rejimin ordusu müqavimət qarşısında uğursuzluğa düçar olduqdan sonra Livanda atəşkəsin bərqərar olmasından bu yana dəfələrlə onu pozub. Livan mənbələri bu rejimin indiyədək atəşkəsi 4151 dəfə pozduğunu bildiriblər.
Real-israil saytının məlumatına görə, Livan mənbələri elan ediblər ki, İsrail rejimi Livanla atəşkəs razılaşmasının elan olunmasından bu yana həmin razılaşmanı 4151 dəfə pozub.
Bu mənbələrin bildirdiyinə görə, atəşkəsin qüvvəyə minməsindən sonra İsrail rejimi dəfələrlə Livana təcavüz edib və bu təcavüzlərin nəticəsində 228 livanlı şəhid olub.