İsrail rejiminin ordusu Livanın cənubunda tibbi avadanlıq anbarını hədəfə alıb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail ordusu şənbə günü səhər həyata keçirdiyi hava hücumu ilə Livanın cənubundakı Əyta əş-Şəb bölgəsində tibbi avadanlıq anbarını və prefabrik otağı hədəf alıb.
İsrail rejimi, həmçinin dünən səhər saatlarında atəşkəs rejimini açıq şəkildə pozaraq Livanın cənubunda yerləşən “Zərariyyə” bölgəsindəki Əbül Əsvəd yolunda bir avtomobili hədəfə alıb.
Bu hücumda ən azı bir nəfər şəhid olub.
Sionist rejimi atəşkəsi pozmağa və Livan torpaqlarına təcavüzə davam edərək, çərşənbə günü səhər (14 May) bu ölkənin cənubunda yerləşən “Qəqəiyyə əl-Cisr – Vadi əl-Hüceyr” yolunda bir avtomobilə pilotsuz uçuş aparatı vasitəsilə hücum edib, onu iki raketlə vurmuşdu. Bu hücum nəticəsində hədəfə alınan avtomobil alova bürünmüşdü.