Sionist rejimi qüvvələri İordan çayının qərb sahillərində fələstinli 2 gəncə birbaşa atəş açaraq, onları şəhid edib.
Fələstinli mənbələr çərşənbə axşamı günü “Məhəmməd Zaki Davud” və “Ziya Şərif Həsən Səlmi” adlı fələstinli iki gəncin İordan çayının qərb sahillərinin qərbində yerləşən “Qəlqiliyyə” şəhərindəki ayırıcı divarın yaxınlığında şəhid edildikləri barədə məlumat veriblər.
Fələstin Səhiyyə Nazirliyindən sionist hərbiçilərinin Sufin” məhəlləsində açdıqları atəş nəticəsində şəhid olan bu iki nəfərin cənazəsinin “Qəlqiliyyə” dövlət xəstəxanasına aparıldığı bildirilib.
Fələstin medialarının verdikləri məlumata görə, Məhəmməd Davudun 32, Ziya Səlminin 31 yaşı olub və onlara açılan atəşin səbəbi məlum deyil.
Fələstin Qırmızı Aypara Cəmiyyəti də verdiyi bəyanatda bu iki şəhidin cənazəsini Qəlqiliyyə şəhəri yaxınlığındakı Sufin keçid məntəqəsində təhvil aldığını və onları Qəlqiliyyə xəstəxanasına apardığını açıqlayıb.
