Sionist rejiminin qırıcı təyyarələri dünən axşam saatlarında Hələb Beynəlxalq Hava Limanında və “Əs-Səfirə” məntəqəsində bəzi hədəflərə hücum ediblər.
Suriya ordusunun havadan müdafiə sistemi atılmış bir neçə raketi hədəfə çatmazdan öncə vuraraq məhv edib.
Hələbdə yerləşən “Əs-Səfirə” məntəqəsində Suriya Müdafiə Nazirliyinin fabrikləri də sionistlərin hücumunda hədəf seçiliblər və azı 5 raket hədəfə dəyib.
Bəzi xəbər mənbələri biliriblər ki, Hələb istiqamətində ən azı 22 raket atılıb ki, onlardan 17-si Suriya ordusunun havadan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib.
Xarici KİV-in verdiyi məlumata əsasən, hərbi mənbələrdən biri yazıb: “2023-cü il May ayının 1-i, təxminən saat 23:35 radələrində düşmən olan İsrail Hələbin cənub-şərq istiqamətindən çoxsaylı raket zərbələri ilə Hələb Beynəlxalq Hava Limanını və onun ətrafındakı obyekləri hədəfə alıb.” Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Bu təcavüzkar hücum bir əsgərin öldürülməsi, ikisi mülki şəxs olmaqla 7 nəfərin yaralanması və maddi zərərlərin dəyməsi ilə nəticələnib. Hələb Beynəlxalq Hava Limanı da xidmət göstərə bilməyib.”