Həftənin bazar günü səhər saatlarında işğalçı ordu tərəfindən Qəzzə zolağının mərkəzindəki su paylama məntəqəsinə edilən hava hücumunda susuz qalmış mülki fələstinlilər qan qəltan olublar.
Xarici KİV-in verdiyi məlumata əsasən, Qəzzə zolağındakı yerli mənbələr işğalçı ordunun Qəzzənin ən-Nəsirət bölgəsində yeni hava hücumunu və bu düşərgədə yeni qanlı cinayətin törədildiyini təsdiqləyən şəkillər yayıblar.
Məlumatda bildirilib ki, işğalçılar ən-Nəsirət bölgəsində yerləşən əl-Cədid düşərgəsində su paylama məntəqəsində toplaşmış fələstinli vətəndaşları hədəfə alıblar. Susuz qalmış mülki şəxslər su almağı gözləyərkən, onlar qan içində qalıblar. İlkin məlumata görə, ən azı 8 fələstinli şəhid olub, onlarla nəfər yaralanıb.
Hadisə yerindən Ramazan Nəsar adlı jurnalistin yayımladığı ilkin görüntülər su qabları və dağıntılar arasında səpələnmiş qurbanların və yaralıların dəhşətli mənzərələrini göstərir. Bu hücum İsrail rejiminin Qəzzənin mərkəzində mülki ərazilərə qarşı həyata keçirdiyi yeni hücum dalğasının bir hissəsidir və insanlıq böhranının dərinləşməsi ilə bağlı narahatlıqları artırır.