Öz təcavüzkar və mənfur cinayətlərindən geri qalmayan sionist rejim bu dəfə də xəbər kanallarının binasını hədəf alıb.
İsrail Qəzzədə yerli və xarici KİV-lərin ofisi yerləşən binanı yerlə yeksan edib.
İsrail ilk xəbərdarlıq atəşindən az sonra KİV-lərin yerləşdiyi “Əl-Cəla Plaza” adlı binanı yerlə yeksan edib.
Sözü gedən binada Əlcəzirə və Associated-Press kimi mötəbər xarici media orqanlarının ofisi yerləşir.
Bu addım İsrailin son vaxtlardakı üçüncü addımıdır. İsrail bundan öncə Qəzzənin mərkəzində KİV nümayəndəliklərinin ofisi yerləşən “Əş-Şuruq” adlı 14 mərtəbəli binanı və “Əl-Cəvhərə” adlı 13 mərtəbəli binanı yerlə yeksan edib.
Videonu sizə təqdim edirik: