Xəbər mənbələri elan ediblər ki, İsrail qüvvələrinin Suriya ərazisinə, xüsusən də ölkənin cənub bölgələrinə dəfələrlə etdiyi müdaxilələr son aylarda mindən çox ailəni köçkün vəziyyətinə salıb.
Xarici KİV-in şənbə günü verdiyi məlumata görə, bu mənbələr İsrail qüvvələrinin Suriya sərhədləri daxilində, xüsusilə Quneytra və Dəra ətəklərində 17 bölgəyə irəliləyərək, bir neçə kənd, yol və mühüm məntəqələri ələ keçirdiklərini və bu hadisələrin yüzlərlə ailənin digər bölgələrdə didərgin düşməsinə və bir neçə anlıq mülklərini itirməsinə səbəb olduğunu bildiriblər.
Mənbələr qeyd ediblər: “Colani”yə bağlı qruplar vətəndaşların didərgin salınması prosesi qarşısında açıq-aşkar susqunluq nümayiş etdirib, bölgələrin işğalı yavaş-yavaş, lakin məqsədyönlü şəkildə davam edir və İsrail rejimi güc tətbiq etməklə Suriyanın dərinliklərinin böyük bir hissəsini nəzarətə götürüb.
Bu mənbələr həmçinin İsrail qüvvələrinin irəlilədiyinə diqqət çəkiblər ki, Colani ünsürləri heç bir qarşıdurma olmadan geri çəkilir və mənbələrə görə, bu davranış İsrail rejiminin Suriya vətəndaşlarının hüquqları hesabına ərazilərini genişləndirməsinə imkan verən qabaqcadan koordinasiya əlamətidir.
Son aylarda İsrail rejimi ötən ilin Dekabrında Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriyada hökm sürən xaotik şəraitdən və eyni zamanda “Colani” qruplaşmalarının bəzi bölgələrə nəzarət etməsindən istifadə edərək, quruda irəliləməyə və ölkədə yeni əraziləri işğal etməyə başlayıb.