İvritdilli “Kanal 12”nin məlumatına görə, mənbələr bildirir ki, “israil ordusu” Xan Yunus şəhərini tam mühasirəyə almağı planlaşdırır və buna görə də son günlərdə şəhərin qərb və şimal hissələrinə, xüsusilə də “Hamed” layihəsi ərazisinə hücumlarını artırıb. Həmin ərazidəki çoxmərtəbəli binaların yuxarı mərtəbələri snayper atəşi və tank əleyhinə raketlərdən qorunmaq məqsədilə hədəf alınıb.
Mənbələrin bildirdiyinə görə, əsas məqsəd Xan Yunusu Rafahın tamamilə dağıdılmış modelinə çevirməkdir — yəni şəhər tam işğal olunduqdan sonra heç bir evin və ya hətta ev qalıqlarının belə qalmaması nəzərdə tutulur.
Eyni mənbələr əlavə edirlər ki, bu model Qəzza zolağının digər bölgələrində də tətbiq olunacaq və bu çərçivədə əsas məqsəd əhalini məcburi miqrasiyaya sövq etməkdir.