Qəzzənin şimalı mühasirə və şiddətli hücumların təzyiqi altındaolduğu bir vaxtda bölgənin ən əhəmiyyətli xəstəxanalarından biri infrastrukturunun məhv olması səbəbindən artıq yaralı və xəstə fələstinlilərə xidmət göstərə bilmir.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Səhiyyə Nazirliyi çərşənbə günü bildirib ki, Qəzzə zolağının şimalında yerləşən Beyt-Lahiyadakı “İndoneziya” xəstəxanası, İsrail ordusunun elektrik generatorları və yanacaq anbarlarını bombalaması nəticəsində artıq xidmət göstərə bilmir.
İndoneziya xəstəxanasının fəaliyyətinin dayanması ilə Qəzzədə fəaliyyətsiz qalan xəstəxanaların sayı 20-yə çatıb. Hazırda bölgədə cəmi 18 xəstəxana qismən fəaliyyət göstərir və 9 səyyar (çadırlı) xəstəxana da təcili yardım xidmətləri təqdim edir.
İndoneziya xəstəxanası hazırda sionist rejim ordusunun mühasirəsindədir. Qəzzə Səhiyyə Nazirliyi bildirib ki, Qəzzənin şimalındakı səhiyyə vəziyyəti “faciəvi” hal alıb və bu xəstəxananın fəaliyyətinin dayanması, xəstələrə və yaralılara yardım göstərilməsini mümkünsüz edib.
Nazirlikdən verilən məlumata görə, İsrail rejiminin ordusu İndoneziya xəstəxanasının üç elektrik generatorunu və yanacaq anbarlarını hədəf alaraq bu tibb mərkəzinin tamamilə fəaliyyətini dayandırmasına səbəb olub.