İsrail ordusu Qəzzə zolağının şimal-şərqində yerləşən bir məktəbi bombalamaqla bir neçə fələstinli qadın və uşağı şəhid edib.
Xarici KİV-in verdiyi məlumata görə, şənbə günü səhər sionist rejiminin Qəzzə zolağındakı bir məktəbə və fələstinli qaçqınların çadırına hücumları zamanı azı 10 fələstinli şəhid olub.
Fələstinli mənbələr bildiriblər ki, İsrai rejimi ordusunun Qəzzə şəhərinin şərqindəki “Fəhd əs-Səbah” məktəbinə hücumunun ardınca 5 fələstinli şəhid olub və bir neçə nəfər isə yaralanıb.
Fələstin tv kanalı bu məktəbdə fələstinli qaçqınların məskunlaşdığı və hücumda şəhid olanların qadın və uşaqlardan ibarət olduğu barədə məlumat verib.
İlk dəfə deyil ki, İsrail ordusu Qəzzə zolağında məktəbi hədəfə alır. Sionist rejimi ordusu ötən aylar ərzində HƏMAS qüvvələrinin olması bəhanəsi ilə bir neçə Fələstin məktəbini bombalayıb.
Verilən məlumata əsasən, İsrail rejiminin ordusu Xan Yunis şəhərinin qərbində yerləşən “əl-Məvasi” bölgəsindəki qaçqınlar çadırına hücum edib və azı digər 5 fələstinlini şəhid edib, bəzilərini isə yaralayıb.
Xəbər tv kanallarından biri qeyd edib ki, İsrail ordusunun hücumları onlarla fələstinli ailənin məskunlaşdıqları yerdən məcburi şəkildə köçmələrinə səbəb olub.