İsrail ordusu həftənin bazar günü livanlı mülki şəxslərə atəş açmaqla bir qadının həyatına son qoyub.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail qüvvələrinin Livanın cənubunda olması ilə eyni zamanda bir sıra insanlar yaşayış yerlərinə qayıtmaq üçün “Həvla” məntəqəsinə daxil olublar.
Livan vətəndaşları bu məntəqəyə daxil olduqdan sonra müharibədə şəhid olanların cənazələrini axtarmağa çalışdıqları vaxt İsrail rejiminin hərbiçilərinin hücumuna məruz qalıblar.
Verilən məlumata əsasən, livanlı mülki şəxslər adı çəkilən məntəqəyə daxil olduqdan sonra ordu qüvvələri onlara tərəf atəş açıblar. Açılan atəşlərin ardınca bir qadın şəhid olub və bəziləri isə yaralanıb.
Həmçinin sionist rejimi ordusunun məntəqə əhalisinin bəzisini əsir götürdüyü bildirilib.