İsrail ordusu Livanın cənubuna geniş həcmli hücumlar həyata keçirməklə bu ölkənin bir neçə vətəndaşını şəhid edib və bəzilərini də yaralayıb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejiminin ordusu bugün günorta saatlarından sonra Livanın cənub bölgələrinə qarşı geniş həcmli hücumlara başlayıb.
Livanlı mənbələr bildiriblər ki, İsrail ordusu fosfor bombalarından istifadə etməklə ölkənin cənubunda yerləşən “İtrod” və “Belida” məntəqələrinin ətrafını hədəfə alıb.
Livan mediası, həmçinin Livanın cənubuna olan hücumların davamlı olaraq təxminən bir saat davam etdiyininə işarə edib.
Bundan sonra xarici KİV-lərdən biri meydanda olan bir mənbəyə istinad edərək bəzi görüntülər yaymaqla, İsrail rejiminin əl-Xəyyam məntəqəsinin cənubuna hücumu zamanı azı 3 Livan vətəndaşının şəhid olması barədə məlumat verib.
Bəzi mənbələr də bəzi Livan vətəndaşlarının yaralandığını bildiriblər. Amma onların dəqiq sayı məlum deyil.
Livan İslam Müqaviməti sionist rejiminin hücumlarına reaksiya verərək işğal olunmuş Fələstinin şimalında yerləşən bir neçə İsrail bazasını hədəfə alıb.