Sionist dairələri Livan Hizbullahının baş katibinin sionist rejimini daş dövrünə qaytarmaqla bağlı təhdidlərini İsrailə raket zərbəsinə oxşadıblar və bu təhdidlər bu rejimi bütünlüklə qorxu və vəhşətə salıb.
İsrail dairələri Seyid Həsən Nəsrullahın, İsrailin daxili böhranına nisbətdəki agahlığına heyrətləndiklərini bildiriblər.
Hizbullahın baş katibi 2006-ci ildəki 33 günlük müharibədə müqavimətin sionist rejimi qarşısındakı qələbəsinin 17-ci il dönümü münasibətilə Avqustun 14-ü çıxış edib. O, çıxışı zamanı sionist rejiminin müharibə nazirinin bir neçə gün əvvəl sərhəd xəttində Livanı daş dövrünə qaytaracağı ilə bağlı təhdidinin cavabında deyib: Biz İsrailin özünün və ABŞ-ın avadanlıqları ilə bu işi yerinə yetirə biləcəyini inkar etmirik… Yeni nöqtə Livan və müqavimətin hansı işləri görə biləcəkləridir. Düşmənin komandir və rəhbərləri bunu çox yaxşı bilirlər, amma yalnız, mediya manevrləri ardıncadırlar ki, bunun da bizim üçün heç bir dəyəri yoxdur. Düşmən komandirlərinə deyirəm ki, əgər Livanla müharibəyə daxil olsanız, siz də daş dövrünə qayıdacaqsınız.